Bürclər üçün kritik həftə başlayır: Hər kəsi fərqli hadisə gözləyir

saytların hazırlanması

Evə çatdırılma

Bürclər üçün kritik həftə başlayır: Hər kəsi fərqli hadisə gözləyir

Maraqlı

03 Oktyabr 2026 11:40 102


Oktyabrın ilk həftəsi bürclər üçün fərqli mövzularla yadda qalacaq. Bəzi bürclər üçün iş və maliyyə məsələləri ön plana çıxarkən, digərləri münasibətlər və şəxsi həyatla bağlı qərarlar verməli olacaq. Həftə ərzində gözlənilməz xəbərlər, yeni planlar və keçmişdən qalan məsələlərin yenidən gündəmə gəlməsi də mümkündür.

 “Yeni Sabah” oktyabrın ilk həftəsinə olan astroloji proqnozu təqdim edir:

Qoç: İş və şəxsi həyatda yarımçıq qalan məsələləri tamamlamalı olacaqsan. Tələsik qərarlardan uzaq durmaq faydalıdır. Sezar pizza

Buğa: Maliyyə məsələləri ön plana çıxa bilər. Gözlənilməz xərc ehtimalına görə büdcəyə diqqət etmək lazım gələcək.

Əkizlər: Ünsiyyət və yeni tanışlıqlar baxımından hərəkətli həftədir. Gözlənilməz xəbər ala bilərsən.

Xərçəng: Ailə və ev məsələləri daha çox diqqət tələb edə bilər. Duyğusal qərarlardansa, vəziyyəti sakit qiymətləndirmək önəmlidir.

Şir: İş və karyera ilə bağlı yeni imkanlar gündəmə gələ bilər. Özünü göstərmək üçün uyğun şərait yarana bilər.

Qız: Planlarını yenidən nəzərdən keçirmək və bəzi işləri qaydaya salmaq üçün yaxşı həftədir. Pul məsələlərində ehtiyatlılıq vacibdir.

Tərəzi: Münasibətlərdə açıq söhbətlər ön plana çıxacaq. Qarşı tərəfdən gözlədiklərini daha aydın ifadə etmək lazım gələ bilər.

Əqrəb: Gizli qalan bir məsələ üzə çıxa bilər. İş və şəxsi həyatda prioritetlərini müəyyənləşdirmək faydalı olacaq.

Oxatan: Yeni planlar və səfər ehtimalları gündəmə gələ bilər. Həftənin ikinci yarısında daha aktiv olacaqsan.

Oğlaq: Karyera və maliyyə məsələlərində məsuliyyət artacaq. Əvvəldən başladığın bir işlə bağlı nəticə görə bilərsən.

Dolça: Yeni ideyalar və fərqli insanlarla ünsiyyət həftəni canlandıra bilər. Rutindən çıxmaq istəyin artacaq.

Balıqlar: Duyğusal mövzular ön plana çıxacaq. Keçmişdə qalan bir məsələ yenidən gündəmə gələ bilər.

Aydan Hacı


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!