Mərhum Əməkdar artist Cabir İmanovun 50 illik yubileyi münasibətilə sənət dostları onunla bağlı xatirələrini və duyğularını sosial şəbəkədə bölüşüblər.
"Yeni Sabah" xəbər verir ki, Murad Dadaşov paylaşımında Cabir İmanovu “ürəyim Cabir” sözləri ilə xatırlayıb, onun yoxluğunun ilk ilinin ağır keçdiyini vurğulayıb.
O, mərhum dostuna olan bağlılığını ifadə edərək, onun hələ də qəlbində yaşadığını bildirib. pizza mizza
Müğənni Abbas Bağırov da Cabir İmanovla bağlı illər əvvəlki xatirələrini bölüşüb.
O, 30 ilə yaxın dostluq münasibətlərini xatırladaraq, “Məhəllə” filmindən başlayan əməkdaşlığın onun üçün xüsusi yer tutduğunu qeyd edib. Müğənni Cabiri insanlara qarşı səmimi, pozitiv və dərin iz buraxan şəxs kimi xarakterizə edib.
Telegram kanalımız