Çavuşoğlu Cənubi Qafqazdakı vəziyyətdən danışdı

saytların hazırlanması

Evə çatdırılma

Çavuşoğlu Cənubi Qafqazdakı vəziyyətdən danışdı

Dünya

03 Fevral 2023 16:19 623


"Ermənistanla Azərbaycan arasındakı müharibədən sonra Qafqazda sülh və sabitlik üçün mühüm şans yarandı".

Yenisabah.az "Ermenihaber"ə istinadla xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Argentinanın xarici işlər naziri ilə birgə mətbuat konfransında deyib.

O bildirib: “Bugünkü görüşümüzdə mən də argentinalı vəzifədaşıma bu məsələdə atılan addımlar, Türkiyə-Ermənistan, Ermənistan-Azərbaycan həlli istiqamətində atılan addımlar barədə məlumat verdim”. pizza mizza

Çavuşoğlunun sözlərinə görə, onların məqsədi Cənubi Qafqazı da sabitlik və inkişaf bölgəsinə çevirməkdir. Bunun üçün Ankara və Bakı səmimi addımlar atır, həm də bu məsələdə İrəvanı həvəsləndirir. “İnanıram ki, yaxın gələcəkdə Cənubi Qafqaz inkişaf, sabitlik və sülhdən danışacaqları bir bölgəyə çevriləcək”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!