4 İyul - 03:49
Çavuşoğlu: “Təhlükəsiz zonanın yaradılmasında iştirak edə bilərik“ 

Çavuşoğlu: “Təhlükəsiz zonanın yaradılmasında iştirak edə bilərik“ 

Dünya

23 İyun 2022 16:28 388


"Türkiyə Ukraynanın ərazi sularından kənarda təhlükəsiz zonanın yaradılmasında iştirak edə bilər". 

Yenisabah.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Liz Trasla görüşündə deyib.

Nazirin sözlərinə görə, İstanbulda Ukrayna taxılı ilə bağlı razılıq əldə olunarsa, belə bir qərar qəbul edilə bilər.

Bu, Ukrayna limanlarına gedən gəmilərin silah və ya başqa bir şey” daşımadığına əmin olmaq üçün yoxlanılacaq zonadır. 

M. Çavuşoğlu əlavə edib ki, Türkiyə taxıl ixracı ilə bağlı razılığa gəlmək üçün BMT, Ukrayna və Rusiya ilə danışıqlar aparır.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!