Cəlilabadda 10 tələbə qızılcaya yoluxdu

saytların hazırlanması

Evə çatdırılma

Cəlilabadda 10 tələbə qızılcaya yoluxdu

Sosial

23 Noyabr 2023 13:11 458


Azərbaycan Dövlət Pedoqoji Universitetinin (ADPU) Cəlilabad rayon filialının tələbələri qızılca virusuna yoluxub.

Yenisabah.az APA-ya istinadla xəbər verir ki, virus ilk olaraq 2004-cü il təvəllüdlü Rahil Tahir oğlu Şükürovda aşkarlanıb. Bundan sonra bu virusa 2003-cü il təvəllüdlü Şahin Tərlan oğlu Mayılov, daha sonra onun qardaşı, 2005-ci il təvəllüdlü Adəm yoluxub.

Tələbələr, xəstəliklə bağlı Cəlilabad rayon mərkəzi xəstəxanasına müraciət ediblər. Həkimlər onların səhhətinin yaxşı olduğunu bildirirlər. Toyuqlu pizza

Xəstəxanadan verilən məlumata görə, son bir ay ərzində 10 tələbə qızılca virusuna yoluxub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!