Cəlilabaddakı zəlzələ nəticəsində dağıntı baş verib?

saytların hazırlanması

Evə çatdırılma

Cəlilabaddakı zəlzələ nəticəsində dağıntı baş verib?

Sosial

23 Avqust 2023 13:32 519


Bu gün Cəlilabad rayonunda baş verən zəlzələ nəticəsində dağıntı və xəsarət barədə məlumat daxil olmayıb. 

Yenisabah.az xəbər verir ki, bu barədə rayonun Fövqəladə Hallar Komissiyasından məlumat verilib. 

Bildirilib ki, hələlik komissiyaya hər hansı bir dağıntı və xəsarət barədə müraciət olunmayıb.  Pepperoni pizza

Cəlilabad Rayon Mərkəzi Xəstəxanasıdan da bildirilib ki, tibb müəssisəsinə zəlzələ ilə bağlı müraciət daxil olmayıb. 

Avqustun 23-də Masallı-Cəlilabad rayonlarının inzibati sərhədində zəlzələ baş verib. Yerli vaxtla saat 01:23-də qeydə zəlzələnin maqnitudası 5-ə bərabər olub. Ocağı 13 kilometr dərinlikdə yerləşən yeraltı təkanlar episentrdə 4 baldan çox, ətraf rayonlarda 3-4 bala qədər hiss olunub. Təbii hadisə bir sıra rayonlarda, o cümlədən Beyləqanda, Saatlıda, Masallıda, Lənkəranda, Yardımlıda və Lerikdə hiss edilib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!