Cəlilabad rayonunun 35 yaşayış məntəqəsinin elektrik enerjisi ilə təchizatı dayandırılıb.
"Yeni Sabah" xəbər verir ki, aparılan təmir işləri ilə əlaqədar rayonun Cəlayir, Mirzəli, Lallar, Cəngan, Fərəcullalı, Tahirli, Ağusəm, Soltankənd, Ləzran, Çinar, Kövüzbulaq, Edişə, Zəhmətabad, Xanəgah, Çəmənli, Pərdi, Türkelli, Şatırlı, Badamağac, Buravar, Ləkin, Musalı, Əsədli, Qarakazımlı, Sarxanlı, Dələli, Moranlı, Zərbiəlli, Boyxanlı, Məlikqasımlı, Şötüklü, Novruzallı, Məşədilər, Dostallı və Yusifli kəndlərində işıq yoxdur.
Məhdudiyyət ümumilikdə 6155 abonenti əhatə edir. Sezar pizza
Telegram kanalımız