TƏCİLİ! ABŞ İrana zərbə endirdi

saytların hazırlanması

Evə çatdırılma

TƏCİLİ! ABŞ İrana zərbə endirdi

Dünya

13 Noyabr 2026 00:54 42


İranın Hörmüzgan əyalətində yerləşən Sirik şəhəri ABŞ-nin zərbəsinə məruz qalıb.

"Yeni Sabah" xəbər verir ki, bu barədə IRNA agentliyi məlumat yayıb.

Zərbə nəticəsində dağıntıların, ölən və ya yaralananların olub-olmadığı barədə məlumat verilməyib. Online alış-veriş

"Azad İran" "Telegram" kanalının məlumatına görə isə son saatlarda şəhər sakinləri bir neçə dəfə partlayış səsi eşidiblər. Səslərin mənbəyi hələlik müəyyən edilməyib.

Bir sıra mənbələr səslərin gəmiçilik qaydalarını pozan gəmilərə xəbərdarlıq məqsədilə açılan atəşlə bağlı ola biləcəyini bildiriblər.

Qeyd edək ki, daha əvvəl İran ordusu Hörmüz boğazında iki neft tankerində partlayış baş verdiyini açıqlayıb./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!