İtaliya  Fransanı, İngiltərə Xorvatiyanı məğlub etdi

saytların hazırlanması

Evə çatdırılma

İtaliya  Fransanı, İngiltərə Xorvatiyanı məğlub etdi

İdman

13 Noyabr 2026 08:11 47


UEFA Millətlər Liqasının 2026/2027 mövsümündə qrup mərhələsinin 5-ci turuna start verilib. Noyabrın 12-də A və C liqaları üzrə keçirilən 8 qarşılaşmada bir sıra diqqətçəkən nəticələr qeydə alınıb.

“Yeni Sabah” xəbər verir ki, gecənin mərkəzi oyunu Milanda İtaliya və Fransa yığmaları arasında baş tutub. Görüşün 10-cu dəqiqəsində Maykl Olisenin qolu ilə hesabda geri düşən "Skuadra Adzurra" geridönüş edərək 3:1 hesablı qələbə qazanıb. Meydan sahiblərinin heyətində Pio Espozito dubl edib, digər qolu isə Davide Frattezi vurub. A liqasının 1-ci qrupunun digər matçında Türkiyə İzmirdə Belçikanı qəbul edib və hesabda önə keçməsinə baxmayaraq, 1:2 hesabı ilə məğlub olub.

3-cü qrupda yer alan İngiltərə "Uembli"də Xorvatiya üzərində 2:1 hesablı qələbəyə sevinib. Hesabı Morqan Rocers açsa da, qonaqlar bərabərliyi bərpa ediblər, lakin Harri Keynin penaltidən vurduğu qol ingilislərə 3 xal qazandırıb. Qrupun digər oyununda isə İspaniya səfərdə Çexiyanı 2:0 hesabı ilə üstələyib. İnternet mağaza

C liqasında keçirilən qarşılaşmalarda da maraqlı hesablar qeydə alınıb. 1-ci qrupda Albaniya öz meydanında Finlandiyaya 2:0, Belarus isə səfərdə San-Marinoya eyni hesabla qalib gəlib. 2-ci qrupda Ermənistan və Kipr yığmalarının duelində qalib müəyyənləşməyib (1:1), Monteneqro isə doğma azarkeşləri önündə Latviyanı 2:1 hesabı ilə məğlub edib.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!