Türkiyə millisi bu gün UEFA Millətlər Liqasının qrup mərhələsində növbəti oyununa çıxıb.
"Yeni Sabah" xəbər verir ki, yığma A Liqasının I qrupunun V turunda Belçika seçməsi ilə qarşılaşıb.
İzmirdəki “Gürsel Aksel” stadionunda keçirilən görüş Bakı vaxtı ilə saat 21:00-da başlayıb. Onlayn mağaza
"Ay-ulduzlular" yeni baş məşqçisi Sergen Yalçının rəhbərliyi altında ilk matçına çıxıb.
3 qolun vurulduğu matçda sevinən tərəf qonaqlar olub. Görüş Belçikanın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, Türkiyə millisi keçirdiyi 5 oyunun hamısında məğlub olaraq xalsız 4-cü pillədə qərarlaşıb. Belçika isə eyni sayda qarşılaşmada 9 xal toplayaraq 2-ci sırada yer alıb./Apasport.az
Telegram kanalımız