İranın ali dini rəhbərini seçən və onu vəzifəsindən azad etmək səlahiyyətinə malik olan ali konstitusiya qurumu — Ekspertlər Şurası (Məclisi Xubregan) diqqətçəkən bəyanat yayıb.
“Yeni Sabah” xəbər verir ki, qurum ölkənin Nüvə Silahlarının Yayılmaması Müqaviləsindən (NPT) çıxmasını tələb edib.
Bəyanatda qeyd olunur ki, NPT-dən çıxmaq məsələsinin nəzərdən keçirilməsi, ölkənin müdafiə doktrinasına yenidən baxılması və zəruri çəkindirici gücün yaradılması artıq qaçılmaz bir zərurətə, həmçinin ictimai və milli tələbə çevrilib. Şura rəsmilərinə müraciət edərək ümidvar olduğunu bildirib ki, hökumət nümayəndələri Ali Rəhbərin müdrik göstərişlərindən faydalanaraq bu milli tələbə həssaslıqla yanaşacaqlar. ShopByBro
Beynəlxalq ictimaiyyətin diqqət mərkəzində olan bu bəyanat Tehranın nüvə siyasətində mümkün sərtləşmə kursunun xəbərvericisi kimi qiymətləndirilir.
Nazim Hacıyev
Telegram kanalımız