Dünyaca məşhur müğənni Cennifer Lopez şəxsi həyatındakı dəyişiklikdən sonra köçdüyü dəbdəbəli evinin qapılarını ilk dəfə açıb.
“Yeni Sabah” xəbər verir ki, 57 yaşlı sənətçi 2024-cü ildə Ben Afflekdən ayrıldıqdan sonra özünə yeni həyat qurub. Lopez ötən il ABŞ-nin Kaliforniya ştatında yerləşən Hidden Hills şəhərindən ev alıb.
Müğənni bir il davam edən təmirdən sonra may ayında yeni evinə köçüb. pizza
18 MİLYON DOLLARLIQ EV
Cennifer Lopezin yeni evi məşhurların yaşadığı Hidden Hills bölgəsində yerləşir. Evin dəyərinin 18 milyon dollar olduğu bildirilir. Sənətçi bir neçə gün əvvəl sosial media hesabında evinin içindən fotolar paylaşaraq yeni yaşayış məkanını izləyicilərinə göstərib.Lopez öz zövqünə uyğun şəkildə hazırladığı evlə bağlı paylaşımında “İlham lövhəsi gerçəkləşəndə” ifadəsini yazıb.
Telegram kanalımız