Cərimələrin ödənilməsi ilə bağlı qaydalarda dəyişiklik edildi

Cərimələrin ödənilməsi ilə bağlı qaydalarda dəyişiklik edildi
İyun 5, 2019
Oxunma sayı: 5199

Baş Nazir Novruz Məmmədov Nazirlər Kabinetinin “ASAN ödəniş” sisteminə qoşulmaq üçün texniki tələblər”in və “ASAN ödəniş” sistemindən istifadə Qaydaları”nın təsdiq edilməsi barədə” və “İnzibati xəta haqqında protokolun, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xəta haqqında işə baxılarkən çıxarılan qərarın və inzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi barədə qərardadın formalarının təsdiq edilməsi haqqında” qərarlarda dəyişiklik edib.

“Yeni Sabah” xəbər verir ki, “ASAN ödəniş” sistemindən istifadə Qaydaları”nda aşağıdakı dəyişikliklər olunub:

- 2.1-ci bəndə “real vaxt rejimində” sözlərindən sonra “, 7.1.5-1-ci yarımbəndində göstərilən məlumatlar isə 1 gün müddətində” sözləri əlavə edilib;

- 2.2.5-ci yarımbənd aşağıdakı redaksiyada verilib:

“2.2.5. inzibati xəta haqqında iş üzrə qərardan sistemdənkənar verilmiş şikayət barədə məlumatları (şikayət üzrə iş materiallarını (ərizələri), şikayətə baxılmasının nəticəsi barədə inzibati xəta haqqında iş üzrə qərarı və ya məhkəmə qərarını;”;

- 3.11-ci bənd ləğv edilib;

-  4.3-cü bənddən “yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta, yaxud Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokolun seriyası və nömrəsi və ya” sözləri çıxarılıb;

- 4.11-ci bənddə “əleyhinə olan inzibati xəta, yaxud Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsində nəzərdə tutulmuş” sözləri “, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan” sözləri ilə əvəz edilib; 

-  4.13-cü bənd üzrə:

1.6.1. “7.1.1-ci və 7.1.2-ci yarımbəndlərində” sözləri “7.4-cü bəndində” sözləri ilə əvəz edilib;

1.6.2. “mobil telefon” sözlərindən əvvəl “elektron kabinetində olan” sözləri əlavə edilsin;

1.6.3. “inzibati xəta haqqında elektron protokolun və ya” sözləri çıxarılsın;

- 4.14-cü bənd aşağıdakı redaksiyada verilsin:

“4.14. Sistemin istifadəçiləri inzibati xəta haqqında iş üzrə qərardan sistemdə yaradılan elektron kabinet vasitəsilə şikayət verə və həmin şikayətə baxılmasının nəticəsi ilə tanış ola bilərlər.”;

- 4.16-cı bənddə “qərar və ya yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta, yaxud Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokolla” sözləri “qərarla” sözü ilə əvəz edilib;

- 4.17-ci bəndə “mobil telefon” sözlərindən əvvəl “elektron kabinetində olan” sözləri əlavə edilib; 

- 4.21-ci bənddən “yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta, yaxud Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokolun tarixi, seriyası və nömrəsini və ya” sözləri çıxarılıb.

“İnzibati xəta haqqında protokolun, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xəta haqqında işə baxılarkən çıxarılan qərarın və inzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi barədə qərardadın formalarının təsdiq edilməsi haqqında” qərarda aşağıdakı dəyişikliklər edilib:

- 3-cü hissədə “İnzibati xəta haqqında Elektron Protokol”un” sözləri “İnzibati tənbeh vermə haqqında Elektron Qərar”ın” sözləri ilə əvəz edilib;

- həmin Qərarla təsdiq edilmiş 1 nömrəli əlavə - “İnzibati xəta haqqında Protokol”un mətninə “seriyası və nömrəsi,” sözlərindən sonra “vətəndaşın fərdi identifikasiya nömrəsi,” sözləri əlavə edilib;

- həmin Qərarla təsdiq edilmiş 4 nömrəli əlavə - “İnzibati tənbeh vermə haqqında Qərar”ın və 5 nömrəli əlavə - “İnzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında Qərar”ın mətnlərinə “seriyası və nömrəsi” sözlərindən sonra “, vətəndaşın fərdi identifikasiya nömrəsi” sözləri əlavə edilsin;

- həmin Qərarla təsdiq edilmiş 6 nömrəli əlavə - “İnzibati xəta haqqında iş üzrə icraatın dayandırılması haqqında Qərar”ın və 7 nömrəli əlavə - “İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında Qərar”ın mətnlərinə “seriyası və nömrəsi,” sözlərindən sonra “vətəndaşın fərdi identifikasiya nömrəsi,” sözləri, “on gün müddətində“ sözlərindən sonra “(yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xəta törətmiş şəxs həmin Məcəllənin 125.2.2-ci və ya 125.2.3-cü maddəsində (elektron kabinetdə mobil telefon nömrəsi olmadığı halda) müəyyən olunmuş qaydada məlumatlandırıldığı vaxtdan 20 gün müddətində)” sözləri əlavə edilib;