Cibdə pul azalanda ilk bunlardan imtina edirik

saytların hazırlanması

Evə çatdırılma

Cibdə pul azalanda ilk bunlardan imtina edirik

İqtisadiyyat

03 Sentyabr 2026 13:26 114


“Əhalinin gəlirləri azalıb qiymətlər qalxdıqda, insanlar ilk növbədə həyati vacib sayılan zəruri xərclərə üstünlük verirlər”.

Bu sözləri “Yeni Sabah”a açıqlamasında İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri Ruslan Atakişiyev bildirib. Onun sözlərinə görə, gəlir səviyyəsi yüksəldikcə isə digər istiqamətlər üzrə xərcləmələr artır ki, bu zaman ümumi büdcədə ərzaq və geyim xərclərinin payı nisbətən kiçik görünür:

“Turizm, teatr, restoran və digər əyləncə xidmətlərinə çəkilən xərclər bilavasitə gəlir səviyyəsindən asılıdır. Maliyyə vəziyyəti yaxşılaşdıqda bu sahələrə tələbat artsa da, gəlirlər azaldıqda ilk imtina edilən xidmətlər elə bunlar olur”. pizza mizza

Ekspert qeyd edib ki, ümumiyyətlə, zövqlə bağlı sahələr — istər turizm, istər brend geyimlər, istərsə də bahalı avtomobillər — gəlirə görə tələbat elastikliyi yüksək olan sektorlardır:

“Bu o deməkdir ki, gəlir artdıqca bu mallara tələbat kəskin çoxalır, çətin dövrlərdə isə ilk olaraq məhz bu xərclər ixtisara salınır. İnsanların ixtisar edə bilmədiyi və ən son imtina etdiyi sahələr isə kommunal xidmətlər və gündəlik ərzaq kimi zəruri tələbat mallarıdır”.

Cəlalə Cəlalqızı 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!