Çikaqoda Azərbaycan bayrağı ucaldıldı

saytların hazırlanması

Evə çatdırılma

Çikaqoda Azərbaycan bayrağı ucaldıldı

Dünya

13 May 2023 01:20 1453


ABŞ-nin İllinoys ştatının Çikaqo şəhərinin mərkəzində 28 May Müstəqillik Günü münasibəti ilə Azərbaycan bayrağı ucaldılıb.

Yenisabah.az “Report”a istinadən xəbər verir ki, üçrəngli bayrağımız Azərbaycan dövlət himninin sədaları altında havaya qaldırılıb.

Layihə Amerikanın Orta Qərb Ştatları üzrə Azərbaycan Mərkəzinin (ACMA) təşkilatçılığı ilə baş tutub. pizza hut

ACMA-nın prezidenti Fərid Məmmədov açıqlamasında deyib ki, artıq ənənəyə çevrilmiş layihə hər il Azərbaycan üçün əlamətdar günlərdə təşkil olunur.

Qeyd edək ki, dövlət bayrağımız gün ərzində Çikaqo şəhərinin meriyası qarşısında – “The Daley Center”də dalğalanacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!