Çimərlikdə özünü günəvermənin fəsadları –   Həkim-dermatoloq danışdı

saytların hazırlanması

Evə çatdırılma

Çimərlikdə özünü günəvermənin fəsadları – Həkim-dermatoloq danışdı

Sosial

02 Avqust 2023 17:24 898


“Günəşin orqanizmə həm ziyanı, həm də xeyri var”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında həkim-dermatoloq Bəxtiyar Paşayev deyib.

O, yay fəsli ilə əlaqədar çimərliklərdə dincələn insanların Günəş vannası qəbul etməsinin müsbət və mənfi tərəflərindən söz açıb: pizza hut

“Bunun xeyirli tərəflərindən biri odur ki, Günəş şüalarının təsiri nəticəsində dəridə vitamin D sintezi baş verir, insanın psixoloji əhval-ruhiyyəsinə gözəl təsir edir və serotonin hormonunun artmasına gətirib çıxarır”.

Dermatoloqun sözlərinə görə, Günəşin qalan bütün təsirləri mənfi sayılır:

“Uzun müddət təkrarlanan Günəş vannası dəridə xərçəng riskini artırır. Bu hal yaşlı insanlarda, əsasən, 50 yaşından sonra özünü büruzə verir. Həmçinin, bu hal dəridə erkən yaşlanma, qırışlanma, solğunluq, quruma, ləkələrin əmələ gəlməsi, çillərin artması və elastikliyin pozulmasına da gətirib çıxarır”.

B. Paşayev D vitamini sintezi üçün özünü nə qədər günə vermək lazım olduğunu da qeyd edib:

“Səhər saat 11:00-a kimi, o cümlədən axşam saat 16:00-dan sonra gün ərzində iki-üç saatı keçməmək şərti ilə”.

Günəş vannası qəbul edərkən diqqət etməli olduğumuz məqamları da vurğulayıb:

“Əsasən, çətirin altında olmalıdır. Birbaşa Günəşin parlaq şüaları altında durmaq və ya uzanmaq məsləhət deyil”.

Gülxanım ƏLİYEVA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!