“Cinayəti 20 gün öncə planlaşdırmışdım” – Toy günü kürəkənini öldürən qaynata

“Cinayəti 20 gün öncə planlaşdırmışdım” – Toy günü kürəkənini öldürən qaynata
Sent 22, 2019 19:55
Oxunma sayı: 342

Xəbər verdiyimiz kimi Türkiyənin Qaziantəp şəhərində toy gecəsi bəy həyat yoldaşının adamları tərəfindən qətlə yetirilib.  

"Yeni Sabah" Türkiyə mediasına istinadən xəbər verir ki, şübhəli şəxs qismində saxlanılan qaynata polisə izahatında kürəkənini öldürdüyünü etiraf edib. O, deyib ki, cinayəti törətməkdə məqsədi kürəkəninin onu aldatması olub.

O, olanları belə danışıb: 

“Dörd ay öncə Əsər Əfsanə anası Məryəm Fidanla birlikdə bizə qızıma elçi gəlmişdi. İlk öncə buna razı olmasam da, sonradan buna razılıq verdim. Hətta nişan da etdik. İyirmi gün əvvəl isə Əsər qızımı ev əşyalarına baxmaq məqsədilə evdən apardı. Sonradan məlum oldu ki, o, qızımı qaçırıb. Bu isə mənə çox pis təsir etdi. Arxasınca getdim və anası onların yerini bilsə də, demədi. Buna görə də kürəkənimə qarşı çox əsəbiləşdim. Sonradan toy günü təyin edəndə isə əslində onu öldürməyi planlaşdırırdım. Buna görə də toy gecəsi onu qətlə yetirdim”. 

Yenisabah.az