Çində son 60 ilin ən isti havası müşahidə olunur

saytların hazırlanması

Evə çatdırılma

Çində son 60 ilin ən isti havası müşahidə olunur

Dünya

14 İyul 2022 18:00 790


Çinin təxminən 1,4 milyard əhalisinin 900 milyondan çoxu son 30 gündə anomal istilərə məruz qalıb. Qeyd olunur ki, 60 ildən artıqdır ki, belə hala rast gəlinməyib.

Yenisabah.az xəbər verir ki, bu barədə iyulun 14-də “Jungo Xinwenwan” xəbər portalı Çin Xalq Respublikasının Dövlət İqlim Mərkəzinə istinadən məlumat yayıb.

Ölkənin bir sıra regionlarında havanın temperaturu tarixi rekordu keçib. Xüsusilə, Hebey əyalətinin şimalında temperatur 44 dərəcədən yuxarı qalxıb. İqlim mərkəzinin vəziyyəti şərh etdiyi kimi, XXI əsrin əvvəllərindən atmosfer temperaturunun artması planetimizin şimal yarımkürəsində yay dövrü üçün xarakterikdir. Departament bu xüsusiyyəti iqlim dəyişikliyi və qlobal istiləşmə ilə izah edir.  Dominos pizza

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!