“Çingiz Aslan kimdir? Harada işləyib?“ - Xalq artisti

saytların hazırlanması

Evə çatdırılma

“Çingiz Aslan kimdir? Harada işləyib?“ - Xalq artisti

Şou

06 May 2023 12:19 20450


Mərhum Xalq artisti Siyavuş Aslanın oğlu Çingiz Aslanın nəşini beş gündür Sabunçu Tibb Mərkəzinin meyitxanadan heç kim təhvil almır. Bu məsələ ilə bağlı Siyavuş Aslanın sənət dostları qınanılır. 

Yenisabah.az Pravda-ya istinadla xəbər verir ki, Xalq artisti Afaq Bəşirqızı bu barədə danışıb. 

O, Çingiz Aslanın dünyasını dəyişməsindən xəbərsiz olduğunu deyib: “Xəbərim yoxdur. Sənət dostları kimə müraciət etməlidirlər? Çingiz Aslan harada işləyib? Kimdir idarə rəhbəri? Hara müraciət etsinlər?  Mən buna cavab vermək istəmirəm...”  Marqarita pizza

Ç. Aslan uzun müddətdir, səfil həyatı yaşayırdı. O, içki aludəçisi idi. Bir müddət əvvəl Afaq Bəşirqızı mətbuata açıqlamasında Siyavuş Aslan sağ olarkən Çingiz Aslanın atasının seyfindən 25 min dollar oğurladığı barədə açıqlama vermişdi. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!