Çinin keçmiş idman naziri edama məhkum edildi

saytların hazırlanması

Evə çatdırılma

Çinin keçmiş idman naziri edama məhkum edildi

Dünya

09 Dekabr 2025 01:16 4813


Çinin sabiq idman naziri Qou Çjunven ölüm cəzasına məhkum edilib.

"Yeni Sabah" xəbər verir ki, bu barədə CCTV telekanalı məlumat yayıb.

Lakin hökmün icrası iki il müddətinə təxirə salınıb. Keçmiş nazir 236 milyon yuan (təxminən 33,4 milyon dollar) məbləğində korrupsiyada təqsirli bilinib. O həmçinin vəzifə səlahiyyətlərini aşmaqda ittiham olunur. pizza hut

Çjunven habelə ömürlük siyasi hüquqlardan məhrum edilib. Sabiq nazirin bütün şəxsi əmlakı müsadirə olunub və məhkəmə qanunsuz əldə edilmiş gəlirlərin, həmçinin onlara hesablanmış faizlərin dövlət xeyrinə tutulmasına qərar verib.

Əgər hökmün icrasının təxirə salındığı müddət ərzində yeni qanun pozuntuları müəyyən edilməzsə, ölüm cəzası ömürlük həbs cəzası ilə əvəz olunacaq./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!