“Çörəkpulu”nun kəsilməsi ilə bağlı “Qaçqınkom”dan AÇIQLAMA

saytların hazırlanması

Evə çatdırılma

“Çörəkpulu”nun kəsilməsi ilə bağlı “Qaçqınkom”dan AÇIQLAMA

Sosial

23 Yanvar 2024 13:19 1427


Əvvəlki yaşayış yerinə qayıtmış və ya qayıtmamış məcburi köçkünlərə verilən vahid aylıq müavinət 3 il keçəndən sonra dayandırılacaq. 

Bu, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin hazırladığı “Böyük Qayıdış” dövründə vahid aylıq müavinətin verilməsinə dair videoçarxda əksini tapıb. 

“Sosial müdafiə tədbirlərindən biri kimi məcburi köçkünlərə vahid aylıq müavinət də ödənilir. Əvvəlki daimi yaşayış yerlərinə qayıtması üçün şəraitin yarandığı vaxtdan 3 il keçəndən sonra əvvəlki yaşayış yerinə geri qayıtmış və ya qayıtmamış şəxslərə vahid aylıq müavinətin verilməsi dayandırılır”. – deyə komitədən bildirilib. pizza

Sözügedən qərarın daimi yaşayış yerinə qayıtmaqdan imtina edən məcburi köçkünlərə aid edilməsi çoxsaylı suallar doğurub və müzakirələrə səbəb olub. 

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən Yenisabah.az-a bildirilib ki, daimi yaşayış yerinə köçməsindən asılı olmayaraq, 3 illik müavinət hər bir məcburi köçkünə şamil olunacaq. 

Nazim HACIYEV 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!