Dünyada qeydə alınan koronavirus infeksiyası hallarının sayı 552 497 884 nəfərə çatıb.
Yenisabah.az xəbər verir ki, bu barədə ABŞ-ın Cons Hopkins Universiteti məlumat yayıb.
Dünyada virusun yayıldığı gündən indiyədək 6 milyon 344 min 720 nəfər COVID-19 infeksiyasının təsirindən dünyasını dəyişib. Toyuqlu pizza
20 milyondan çox yoluxma olan ölkələr arasına ABŞ, Hindistan, Braziliya, Fransa, Almaniya və Böyük Britaniya daxildir.
Dünyada baş verən mühüm hadisələrlə bağlı statistik məlumatlar üzrə ixtisaslaşan “Worldometer” portalının məlumatına görə, cümə axşamı səhəri planetdə hər 1 milyon nəfərə düşən ölüm nisbəti 816,8 təşkil edib. ABŞ-da hər 1 milyon əhaliyə 3119, Hindistanda 373, Braziliyada 3121, Fransada 2286, Almaniyada 1680, Böyük Britaniyada 2634 nəfər ölüb.
Telegram kanalımız