7 İyul - 01:56
COVID-19 cərimələrinin ləğvi:  “Bu vacib addım atılmalıdır”

COVID-19 cərimələrinin ləğvi: “Bu vacib addım atılmalıdır”

Sosial

25 May 2022 16:05 1548


Rusiya paytaxtının - Moskva şəhərinin meri Sergey Sobyanin karantin qaydalarının pozulmasına görə yazılan cərimələrin yığılmasını dayandırıb. Bundan əvvəl Gürcüstanda COVID-19 cərimələri ləğv edilib. Azərbaycanda bu məsələ bir neçə dəfə gündəmə gətirilsə də, hələlik nəticə yoxdur.

Yenisabah.az-a danışan Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev cərimələrin ləğvi məsələsinə qayıtmağı məqbul sayır:

“COVİD-in tüğyan etdiyi dövrlərdə Azərbaycan dövləti əlindən gələn hər şeyi etdi. Həm modul tipli xəstəxanalar yaradıldı, həm maska istehsalı ilə bağlı işlər görüldü. O vaxt cərimələrin təyin olunması yerində və normal idi. Çünki bəzi məsələlər var ki, gərək onları inzibati yolla həll edəsən. Hər kəsi maarifləndirməklə, iş çözülmür. 

Hesab etmirəm ki, hökumətin məqsədi elə cərimə yığmaq idi. Sadəcə bu profilaktik tədbir idi və insanları qorumağa xidmət edirdi. Artıq cəmiyyətə güzəşt etməyə dəyər”.

Partiya sədrinin sözlərinə görə, Azərbaycan hökuməti, böyük ehtimalla, cərimələri ləğv edəcək:

“Məncə, məhz bu cür qərar qəbul edəcək, cərimələr silinəcək. Çünki pandemiya bitib. Cərimələr isə profilaktik xarakter daşıyırdı ki, insanlar səhv etməsinlər. İndiki sıxıntılı vəziyyətdə, sosial çətinliklərin və bazarda bahalaşmanın olduğu bir vaxtda bütün bunlar nəzərə alınmalı, bu vacib addım atılmalıdır”.

Əsmətxanım RZAZADƏ


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!