“COVID-19 əleyhinə yeni peyvəndə ehtiyac yoxdur“ - İnfeksionist

saytların hazırlanması

Evə çatdırılma

“COVID-19 əleyhinə yeni peyvəndə ehtiyac yoxdur“ - İnfeksionist

Sosial

03 Oktyabr 2022 12:28 815


"Hazırda insanlar koronavirusu yüngül formada keçirir”.

Bunu Yenisabah.az-a açıqlamasında həkim-infeksionist Mərdan Əliyev deyib.

Onun sözlərinə görə, COVID-19-un adi qripə çevrilmə ehtimalı yoxdur: pizza

“Amma virusun virulent potogenliyi, xəstəlik törətmə qabiliyyəti getdikcə azalmağa başlayır. Bu hal bütün pandemiya proseslərində müşahidə edilir. Virulent potogenliyinin azalması xəstəliktörətmə və öldürmə qabiliyyətini olduqca zəiflədir. Ona görə də deyirlər ki, bu qripə bənzər formadır".

M. Əliyev xatırladıb ki, Azərbaycanda koronavirus əleyhinə peyvənd kmapaniyası 2021-ci il yanvarın 18-dən başlayıb: 

“COVID-19-un yeni peyvənd növlərinin təsis olunmasına gəlincə, hazırda ölkəmizdə bir neçə ölkənin effektli peyvəndlərindən istifadə olunur. Amma yeni peyvəndlər istehsal olunsa, rəqabət baxımından daha yaxşıdır. Lakin artıq demək olar ki, pandemiyanın sonuna yaxınlaşırıq və yeni peyvəndlərin vacib olacağını zənn etmirəm”.

Həcər ƏMİRASLANLI 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!