COVID-19 xəstəsi küçədə saxlanıldı - Haqqında araşdırma başlanıldı

saytların hazırlanması

Evə çatdırılma

COVID-19 xəstəsi küçədə saxlanıldı - Haqqında araşdırma başlanıldı

Sosial

03 Sentyabr 2021 09:28 714


İmişlidə yaşadığı evi tərk edən COVID-19 xəstəsi saxlanılıb. 

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şirvan regional qrupundan Yenisabah.az-a verilən məlumata görə, rayon Otuziki kənd sakini Yavər Zülfüqarova COVID-19 infeksiyası testinin pozitiv nəticəsinə görə ev şəraitində müalicə təyin edilib.

Lakin adı çəkilən şəxs yaşayış yerini tərk edərək rayon mərkəzinə gəlmiş və digər insanlar üçün real təhlükə yaradıb. Pepperoni pizza

Polis şöbəsinin əməkdaşları tərəfindən sakinlərin sağlamlığı üçün ciddi təhlükə yaradan Y.Zülfüqarovun törətdiyi qanunazidd hərəkətinin qarşısı dərhal alınıb və o, təcili tibbi yardım avtomobilinə mindirilərək koronavirusa yoluxmuş şəxslərin müalicə aldığı xəstəxanaya yerləşdirilib.

Həmin şəxsin törətdiyi əmələ hüquqi qiymət verilməsi üçün İmişli Rayon Polis Şöbəsinin İstintaq Bölməsində araşdırmalar aparılır. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!