Daha 9 velosipedçi cərimələndi - Foto
14 Avq 2020 11:54
156

Daha 9 velosipedçi cərimələndi - Foto

Şabran Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində velosipedçilərin hərəkətinin tənzimlənməsi məqsədilə reydlər keçirilib.

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan Yenisabah.az-a verilən məlumata görə, keçirilən reydlər zamanı avtomobil yollarında hərəkət edərək, qəza şəraiti yaradan velosipedçilər saxlanılaraq barələrində qanunvericiliyə uyğun olaraq tədbirlər görülüb.

Günün gündüz və gecə saatlarında keçirilən reydlər nəticəsində qaydalara əməl etməyən 9 velosipedçi barəsində cərimə protokolu tərtib olunub.

Daha 9 velosipedçi cərimələndi - Foto
Daha 9 velosipedçi cərimələndi - Foto
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər