Daha bir dövlət qurumu şagird qızların videosu haqda açıqlama yaydı

saytların hazırlanması

Evə çatdırılma

Daha bir dövlət qurumu şagird qızların videosu haqda açıqlama yaydı

Sosial

20 Fevral 2024 09:54 662


Bakıda 156 nömrəli məktəbin 11-ci sinif şagirdinin (müvafiq səbəbdən şagirdin adı qeyd olunmur) yanvarın 17-si məktəbdən kənarda 2023-cü ildə 9-cu sinifdən məzun olmuş qıza qarşı uyğunsuz və qeyri-etik davranışına dair yayılan görüntülərlə bağlı yeni məlumat yayılıb.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən “Yeni Sabah”a verilən məlumata görə, yayılan məlum videogörüntülərlə bağlı hüquq mühafizə orqanlarında iş aparılır:

"Ailələr nəzarətə götürülüb. Hazırda araşdırma gedir, iş üzrə ekspertiza təyin olunub. Araşdırmaların nəticəsindən asılı olaraq müvafiq tədbirlər görüləcək". Pepperoni pizza

Qeyd edək ki, məsələ ilə bağlı 156 nömrəli tam orta məktəbdən isə bildirilib ki, təhsil müəssisənin rəhbərliyi və psixoloq tərəfindən şagird və valideyni ilə söhbət aparılıb, müvafiq tədbirlər görülüb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!