Daha bir məktəbdə qalmaqal: Aparıcı işə qarışdı   - Video

saytların hazırlanması

Evə çatdırılma

Daha bir məktəbdə qalmaqal: Aparıcı işə qarışdı - Video

Sosial

12 Aprel 2023 10:44 770


İsmayıllı rayon 1 saylı tam orta məktəbin müəllim kollektivi şikayətlə Space telekanalında yayımlanan “Gəl danış” proqramına müraciət edib. 

Yenisabah.az xəbər verir ki, məktəbin müəllimi olan Jalə xanımın qanunsuzluqlara sərt reaksiya verməsi kollektivlə onu düşmənə çevirib. Belə ki, Yeni ildə yolkanın şəhidlərin şəkli ilə bəzənməsinə etiraz edən müəllimlə məktəb rəhbərliyi arasında narazılıq yaranıb.

Daha sonra haqsızlıqlarla üzləşən müəllim özünə vəkil tutub və efirə çıxıb. Onun iddiasına görə, məktəb direktoru verilişə çıxdığına görə ona töhmət verib.  Toyuqlu pizza

Jalə adlı müəllim iddia edir ki, bu hadisələrin ictimailəşməsindən sonra müəllim kollektivi və direktor onu sıxışdırır.

Müəllimin vəkili Loğman Abdullayev isə efirdə bu hadisənin qanun çərçivəsində həll olunacağını bildirib.

Həmin görüntüləri təqdim edirik: 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!