Deputat 3 milyard manatın hesabatını istədi

saytların hazırlanması

Evə çatdırılma

Deputat 3 milyard manatın hesabatını istədi

Sosial

08 Aprel 2024 13:23 491


"Biz deputatlar, o cümlədən mən də hər zaman deyirik, filankəs oğurladı, filankəs qaçdı". 

Yenisabah.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikası Hesablama Palatasının 2023-cü ildə fəaliyyəti haqqında Hesabat”ın müzakirəsi zamanı deputat Rüfət Quliyev deyib. 

Deputat təklif edib ki, biz nümunəvi qurumları müəyyənləşdirək: “Yəni hansı qurumda pozuntu olmayıbsa, bunu açıqlaya bilərik”.  pizza mizza

Deputat qeyd edib ki, hesabatda yayınma, itki, kənarlaşma, mənimsəmə ifadələri var: “Bunların ən çoxu satınalmalarla bağlıdır, daha dəqiq olmalıyıq. 0,2 milyon manat və 0,5 milyon qayıdışla bağlı rəqəmlər görürük. Sonda İpoteka və Kredit Zəmanəti Fondu var, 3 milyard manatdan çox o fondun xətti ilə kreditlər ayrılıb. Bu fond yoxlanılıbmı və yoxlanılacaqmı?”. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!