“Zərifə xanım Əliyevanın adını daşıyan Liseydə müəllim adına yaraşmayan hərəkətlərə yol vermək bağışlanmazdır”.
“Yeni Sabah” xəbər verir ki, bu bəyanatla millət vəkili, Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü Etibar Əliyev çıxış edib.
Millət vəkili məktəb rəhbərliyinin cəzalandırılmasını tələb edib: “Liseyin direktoru və onun himayəçiləri cəzalandırılmalıdır”. Dominos pizza
E. Əliyev Lisey rəhbərliyinin hansı hərəkətlərə yol verdiyini açıqlamayıb.
Əldə etdiyimiz xəbərə görə, məktəb rəhbərliyinin təşkilatçılığı ilə paytaxt restoranlarının birində əyləncə təşkil edilib. Direktor Aynur Hüseynovanın da iştirak etdiyi məclisdə direktor müavini Nigar Axundova rəqs edən qadın müəllimələrdən birinin sinəsinə pul qoyub. Məclisdə iştirak edən digər iştirakçılar tərəfindən bu rəqs videoya çəkilib və sosial şəbəkələrdə paylaşılıb.
Telegram kanalımız