Arzuxan Əlizadənin oğlu haqda açıqlama: “Əhməd elə oğlan deyil”

saytların hazırlanması

Evə çatdırılma

Arzuxan Əlizadənin oğlu haqda açıqlama: “Əhməd elə oğlan deyil”

Kriminal

24 Oktyabr 2026 12:23 690


Xəbər verdiyimiz kimi, Bakının Xətai rayonunda kütləvi dava zamanı bir nəfər qətlə yetirilib, bir neçə nəfər isə bıçaqlanıb.  Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci maddəsi (qəsdən adam öldürmə) ilə cinayət işi başlanıb.

Bakıda ölümlə nəticələnən kütləvi davanın yeni detalları məlum olub. Yerli KİV-lərin əldə etdiyi məlumata görə, hadisənin iştirakçılarından biri deputat Arzuxan Əlizadənin oğludur. Sözügedən şəxs “Yeraz Əhməd” ləqəbi ilə tanınan Əhməd Əlizadədir.

Məsələ ilə bağlı “Yeni Sabah”a danışan Arzuxan Əlizadənin AMİP-də müşaviri olan Əli Orucov bildirib ki, deputatın oğlu Əhmədin belə bir əməl törədəcəyi inandırıcı deyil: Sezar pizza

“Arzuxan müəllimin hər iki oğlunu tanıyıram. Həm Orxanı, həm də Əhmədi. Hər ikisi mərifətli, qanacaqlı və təhsilli oğlanlardır. Mən hesab etmirəm ki, Əhməd belə bir əməl törətsin. Orxan Xətai Rayon Məhkəməsinin hakimidir. Əhməd isə şirkətlərin birində işləyir. Əhmədi yaxından tanıyıram. Davakar və qalmqallı əməl törədəcəyini düşünmürəm. Elə oğlan deyil. Tərbiyəli və sakit təbiətli oğlandır”.

Qeyd edək ki, deputat Arzuxan Əlizadə ilə dəfələrlə əlaqə saxlamağa çalışsaq da, zənglərimiz cavabsız qalıb.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!