Deputat qurbağa ilə eksperiment aparan direktoru müdafiə etdi:   “Niyə üzr istəməlidir ki?!”

saytların hazırlanması

Evə çatdırılma

Deputat qurbağa ilə eksperiment aparan direktoru müdafiə etdi: “Niyə üzr istəməlidir ki?!”

Sosial

13 Aprel 2022 19:42 366


Milli Məclisin deputatı Fazil Mustafa qurbağa ilə eksperiment aparan Ağdam rayon 71 saylı məktəbin direktoru Ülviyyə Mahmudovanın müdafiəsinə qalxıb.

Yenisabah.az xəbər verir ki, deputatın fikirincə Ü.Mahmudova haqlıdır, üzr istəməməlidir.

“Ülviyyə müəllimə tam haqlıdır. Niyə üzr istəməlidir ki? Tibb Universitetində tələbə meyitə yaxınlaşmasın ki, günahdır? Xəstəyə baxmasın ki, etik deyil? Bəs harada öyrənəcək? Xanım uşaqlara praktik dərs keçib, əcəb edib. Zoologiyanı kitabdan mətn əzbərləməklə öyrətsin? Buna etiraz edən qurbağaların öz qurultusunu kəsmək lazım. Toyuqlu pizza

Əziz müəllimlər, övladlarımıza elm öyrətmək üçün atdığınız bütün addımları dəstəkləyirəm. Yaxın günlərdə bu məktəbə baş çəkib həmin direktora açıq dəstəyimi və təşəkkürümü bildirəcəyəm. Üstəlik də özləri bir iş görməyərək hər məsələyə kütləvi quruldayanlara da çox səviyyəli və ibrətamiz cavab verib. Öz vəzifə borcunu vicdanla yerinə yetirən savadlı müəllimlərimizi bu cür qurultulardan qorumasaq, elmimiz olmayacaq. Təklif edirəm ki, hörmətli təhsil naziri  uşaqlara həvəslə elmin sirlərini öyrədən məhz bu cür  müəllimləri mükafatlandırsın”,- deyə F.Mustafa qeyd edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!