Deputat: “Yastıq altında” 15 milyard yığılıb

saytların hazırlanması

Evə çatdırılma

Deputat: “Yastıq altında” 15 milyard yığılıb

Sosial

18 Dekabr 2023 14:43 860


Banklardan kənarda nağd pulun həcmində artımlar davam edir. Hazırda banklardan kənarda 14 milyard 941 milyon manat nağd vəsait var. Əgər bu ilin ilk 8 ayının yekunlarında evlərdə 14 milyard 604 milyon manat saxlanılırdısa, bu rəqəm 9 aylıq yekunlarda 14 milyard 741 milyon manat olub. Bu ilin ilk 10 ayında isə banklardan kənarda nağd pulun həcmi əvvəlki ilin uyğun dövrü ilə müqayisədə 17 faiz artaraq 5 milyard manata çatmaqdadır.

Yenisabah.az xəbər verir ki, bunu iqtisadçı ekspert Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, "yastıq altında" böyük həcmdə nağd pulun saxlanılması real sektorun maliyyələşdirilməsi baxımından arzuolunan deyil. Çünki potensial olaraq həmin pulların çox hissəsinin banklar vasitəsilə iqtisadiyyata yönəldilməsi mümkündür".  pizza mizza

Ekspert qeyd edib ki, evlərdə saxlanılan nağd pulun həcminin çox olması banklara inamın artırılması istiqamətində işlərin daha da sürətləndirilməsini prioritetləşdirir:

"Bu kontekstdən zəif bankların bağlanması deyil, onların konsolidasiyası, yəni birləşdirilməsi mexanizminə ehtiyac var. Bu, nağd vəsaitlərin banklar vasitəsilə real sektora yönəlməsinə gətirib çıxara bilər".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!