Deputat yol polisinə etiraz etdi: “Hamını cərimələyirlər”

saytların hazırlanması

Evə çatdırılma

Deputat yol polisinə etiraz etdi: “Hamını cərimələyirlər”

Sosial

12 Mart 2024 12:35 4771


Deputat Razi Nurullayev Nəqliyyatı Əlaqələndirmə Şurasının “28 May” metrostansiyası və Bakı Dəmiryol Vağzalı qarşısında fərdi avtomobil sahiblərini cərimələməsinə etiraz edib. O, bununla bağlı narazılığını açıq şəkildə dilə gətirib:

“Fürsət bilib elə bu gündən 80 manat cərimə etmək nə anlaşılandır, nə də doğru yanaşma.

Nəqliyyatı Əlaqələndirmə Şurası “28 May” metrostansiyası və Bakı Dəmiryol Vağzalı qarşısında fərdi avtomobillərin hərəkətinin məhdudlaşdırılması barədə qərar qəbul edib. Mən də bunu bəyənirəm. pizza mizza

Qərar dünən verilib. Sürücülərin çoxu da məlumatsızdır. Yol polisləri ərazidədir və xəbərsiz sürücülər əraziyə daxil olan zaman onları 80 manat məbləğində cərimə edirlər”.

Razi Nurullayev müvafiq dövlət qurumunu daha səbirli olmağa səsləyib: “Qərar dünən verilib. Nə haydı ki, elə bu gündən fürsət bilib hamını cərimələyəsən. Bir həftə ərzində şifahi xəbərdarlıq edilməlidir. Həmən cərimə yazmaq heç düzgün yanaşma deyil”,-deyə deputat narazılığını bildirib. 

Nazim HACIYEV 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!