Deputata cinayət işi açıldı, axtarışa verildi

saytların hazırlanması

Evə çatdırılma

Deputata cinayət işi açıldı, axtarışa verildi

Dünya

16 Sentyabr 2022 13:38 1409


III-IX çağırış Ukrayna Ali Radasının deputatı Andrey Derkaç dövlətə xəyanətdə və qanunsuz varlanmada şübhəli bilinir. 

Modern.az xəbər verir ki, bu barədə Ukraynanın Korrupsiyaya Qarşı Mübarizə üzrə İxtisaslaşdırılmış Prokurorluğunun mətbuat xidməti məlumat yayıb.

İstintaq müəyyən edib ki, deputat 2019-2022-ci illər ərzində Ukraynaya qarşı təxribat fəaliyyətinə görə Rusiya Federasiyasının hüquq-mühafizə və kəşfiyyat orqanlarından azı 567 min dollar alıb. O, xüsusilə Ukraynanı beynəlxalq aləmdə nüfuzdan salmaq, Amerika Birləşmiş Ştatları ilə diplomatik münasibətləri pisləşdirmək, eləcə də Ukraynanın Avropa İttifaqı və NATO-ya inteqrasiyasını çətinləşdirmək missiyasını həyata keçirməyə çalışıb. pizza hut

Deputat haqqında cinayət işi açılıb.

"Xalq deputatının istintaqdan gizlənməsinə baxmayaraq, onun barəsində axtarış aparılması üçün qərar qəbul edilib. Baş Prokuror sözügedən şəxsin tutulmasına icazə barədə qərar çıxarıb”, - açıqlamada deyilir. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!