Deputatdan maaşlarla bağlı mühüm təklif - Əmək haqqı artacaq

saytların hazırlanması

Evə çatdırılma

Deputatdan maaşlarla bağlı mühüm təklif - Əmək haqqı artacaq

Sosial

05 Yanvar 2024 15:01 15810


Bizim hökumətə təqdim etdiyimiz təkliflərdən biri də minimum əmək haqqının vergidən azad olmasıdır. Nəzərə alsaq ki, hazırda minimum maaş 345 manatdır, amma vergi güzəştləri 200 manata qədər tətbiq olunur. 

Yenisabah.az xəbər verir ki, bu sözləri iqtisadçı ekspert, millət vəkili Vüqar Bayramov deyib. 

“Bu səbəbdən təklif edirik ki, digər inkişaf etmiş ölkələrdə olduğu kimi, Azərbaycanda da minimum əmək haqqı vergidən azad olunsun və vergidən azadolmalar 200 manat deyil, 345 manatdan hesablansın. Nəticədə bu hadisə minimum maaş alan vətəndaşlarımızın maaşlarının vergiyə cəlb olunmamasına imkan verəcək. Eyni zamanda, bunun digər özəlliyi ondan ibarətdir ki, orta aylıq əmək haqqı alan vətəndaşlarımızda da vergi məbləği bu halda azalacaq və nəticədə əmək haqqının artmasına gətirib çıxaracaq”, - o bildirib.  pizza hut


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Anonim
    İndi ki zəmanə də 345 manat heç bir kasıb ailəyə çatmır kasıb ailələrin uşaqlarının əyin başı yeyib içməyi dərslikləri hər şey pulnan satılır əmək haqqı minimum 1000 manat olmalıdır
    2 years ago
  • Anar
    Əvvəl 325 alirdiqsa indi 20 manat artaraq olacaq 345 budu da demillerki 20 artır
    2 years ago
  • Nihan
    Ela təklifdir Allah razı olsun.bele olan halda necə manat artmış olur.
    2 years ago