"O videoları kütləvi yaymayın. Əgər düşünürsünüzsə ki, bununla yaxşı nə isə edirsiniz və ya bununla təhsilimizdə nəyisə düzəldəcəksiniz yanılırsınız. Lütfən, etməyin".
Bu sözləri Yenisabah.az-a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib. O, Şüvəlan qəsəbəsindəki 156 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdlərinin öz həmcinslərinə qarşı bullinq etməsinə münasibət bildirib:
"Bu problem eyni zamanda, cəmiyyətimizin problemidir. Biz təlim və tərbiyə prosesinə yenidən baxmalıyıq. Nədən bəzi gənclər bu qədər aqressiv və digər gənclərə belə hörmətsiz yanaşırlar onu ciddi araşdırmalıyıq. pizza
Əslində Prezident İlham Əliyev Milli Məclisdə andiçmə mərasimində təlim-tərbiyə məsələsinə, bu məsələdə ailənin və məktəbin rolundan geniş bəhs etmişdi. Son baş verən hadisə bu məsələnin aktuallığını bir daha göstərdi.
Eyni zamanda, bu hörmətsizliyi sərgiləyən gənc barədə ciddi addımlar atılmalı və cəmiyyətə ətraflı məlumat verilməlidir. Hazırda dövlət qurumları məsələni ciddi araşdırırlar. Nəticələr barədə daha geniş məlumatlar veriləcək".
ƏSMƏTXANIM
Telegram kanalımız