Dərs öyrətmək üçün çaylar keçir

saytların hazırlanması

Evə çatdırılma

Dərs öyrətmək üçün çaylar keçir

Sosial

27 Yanvar 2019 13:55 1017


Uzun illərdir Kür çayının bir sahilindən digərinə qayıqla keçərək şagirdlərə bilik verməyə yollanır. Yorulmadan, özü də fədakarcasına çalışır. Söhbət açdığımız müəllim Neftçalanın "Mayaq-2" kəndində yaşayan 47 yaşlı Səidə Qüdrətovadır.

Səidə Qüdrətova 25 ildir Kür çayını qayıqla keçərək Sübh yaşayış məntəqəsində fəaliyyət göstərən ibtidai məktəbdə şagirdlərə elm öyrədir. Ən təəccüblüsü odur ki, qayığın avarlarını məhz Səidə xanım özü idarə edir. Bu iş qadın üçün nə qədər ağır, çətin olsa da, o, uşaqlara elm öyrətmək, bilik vermək istəyindən əl çəkməyib. Hələ çayı eninə keçməyə mane olan Dəli Kürün şıltaqlığı, yağış, qar, külək, soyuq...

Sübh yaşayış məntəqəsində cəmi 25 ailə yaşayır. Məktəbdə şagirdlərin sayı da o qədər çox deyil. Buna baxmayaraq, Səidə xanım öz işinə məsuliyyətlə yanaşır. Deyir ki, şagirdləri arasında ali və orta ixtisas məktəblərini bitirənlər də var. Onları görəndə fərəhlənir, zəhmətinin hədər getmədiyi üçün özünü xoşbəxt sanır. Toyuqlu pizza

Azərtac.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!