DİM-də rəqəmsal SAT imtahanı keçiriləcək

saytların hazırlanması

Evə çatdırılma

DİM-də rəqəmsal SAT imtahanı keçiriləcək

Sosial

07 Mart 2024 07:51 455


Rəqəmsal SAT imtahanı martın 9-da Dövlət İmtahan Mərkəzinin (DİM) Nəsimi rayonu, akademik Həsən Əliyev küçəsi, 299 ünvanında yerləşən inzibati binasında təşkil olunacaq.

Bu barədə Trend-ə DİM-dən məlumat verilib. Bildirilib ki, imtahan verəcək şəxslər saat 07:15-dən gec olmayaraq aşağıda qeyd edilən sənəd və vasitələrlə birlikdə imtahan binasında olmalıdırlar:

1. Şəkilli şəxsiyyət vəsiqəsi və ya ümumvətəndaş pasportu; Dominos pizza

2. Buraxılış vərəqəsi – “Admission Ticket”;

3. “College Board”un tələblərinə cavab verən notbuk və ya planşet (adapter ilə birgə).

Qeyd edilən sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda iştirakçı imtahan mərkəzinə buraxılmayacaq.

İştirakçılar imtahana, həmçinin kalkulyator, qeydləri aparmaq üçün qələm və ya karandaş gətirə bilərlər. Qaralama üçün vərəq test mərkəzində verilir.

İmtahan iştirakçısının notbuk və ya planşetini imtahana gətirmək imkanı yoxdursa və o, “College Board”dan notbuk/planşet sorğu edilməsi prosesindən keçməyibsə, həmin iştirakçı DİM-ə buraxılmayacaq.

Martın 9-da keçiriləcək SAT imtahanının iştirakçıları imtahandan beş gün əvvəl “Bluebook”da yaradılmış şəxsi hesablarına daxil olmalı və imtahanın qurulmasını (test set up) başa çatdırmalıdırlar. Bu prosesin sonunda imtahan iştirakçılarına “Buraxılış vərəqəsi” onlayn qaydada təqdim ediləcək.

İmtahana dair faydalı keçidlər DİM-in saytında yerləşdirilib.

2024-cü ilin birinci yarısında DİM tərəfindən, həmçinin mayın 4-də və iyunun 1-də SAT imtahanlarının keçirilməsi nəzərdə tutulur. Əlavə sual yarandığı halda international@dim.gov.az müraciət etmək mümkündür.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!