DİM narazı abituriyentlərin şikayətlərini araşdıracaq

saytların hazırlanması

Evə çatdırılma

DİM narazı abituriyentlərin şikayətlərini araşdıracaq

Sosial

13 Aprel 2022 10:15 349


Ötən gün tam (11 illik) orta təhsil səviyyəsi üzrə 12-13 mart 2022-ci il tarixlərində keçirilmiş buraxılış imtahanlarının nəticələri elan olunub.

Yenisabah.az DİM-ə istinadən xəbər verir ki, martın 12-13-də keçirilmiş buraxılış imtahanlarının nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün apellyasiya prosesi təşkil ediləcək.

Apellyasiya aprelin 25-dən etibarən onlayn (“Zoom” proqramı və ya telefon əlaqəsi vasitəsilə) keçiriləcək. Marqarita pizza

Apellyasiya Komissiyasına müraciət etmək istəyənlər aprelin 18-i saat 10:00-dan aprelin 20-si saat 17:00-dək Dövlət İmtahan Mərkəzinin (DİM) saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan apellyasiya üçün müraciət edə bilməyəcəklər.

Qeyd edək ki, şagird ilə yanaşı valideynlərindən biri müzakirədə iştirak edə bilər. Bir şagirdin ərizəsi (müraciəti) üzrə ən çox 15 dəqiqə müzakirə aparıla bilər. Ayrılan vaxt bitdikdə, kənar şəxs müzakirəyə qoşulduqda və ya etik davranış qaydaları pozulduqda müzakirə prosesi dayandırılır.

Nəzrin Vahid 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!