DİM nəticələri açıqladı: qəbul olunanlar bunu etməlidir

saytların hazırlanması

Evə çatdırılma

DİM nəticələri açıqladı: qəbul olunanlar bunu etməlidir

Sosial

14 Avqust 2026 10:49 41


Dövlət İmtahan Mərkəzi (DİM) ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün keçirilmiş müsabiqənin nəticələrini elan edib.

“Yeni Sabah” xəbər verir ki, abituriyentlər müsabiqə nəticələri ilə DİM-in elektron xidmət portalında tanış ola bilərlər.

Nəticələri mobil operatorlar – “Azercell”, “Bakcell” və “Nar” vasitəsilə də öyrənmək mümkündür. Bunun üçün “iş nömrəsi” 7727 nömrəsinə SMS şəklində göndərilməlidir. Pepperoni pizza

Qəbul olunan abituriyentlər orta ixtisas təhsili müəssisələri üzrə qeydiyyatdan yalnız my.gov.az portalı üzərindən keçəcəklər. Qeydiyyat prosesi 19 avqust saat 15:00-dan 31 avqust saat 18:00-dək davam edəcək.

Qeydiyyat üçün qəbul olunan şəxslər əvvəlcə mygov ID (vahid giriş sistemi) vasitəsilə my.gov.az portalındakı şəxsi kabinetlərinə daxil olmalıdırlar. Daha sonra “Xidmətlər” bölməsinin “Qurumlar” kateqoriyasından Elm və Təhsil Nazirliyini seçərək “Ali və orta ixtisas təhsil müəssisələrinə təhsilalanların qeydiyyatı” xidmətinə keçid etməlidirlər.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!