DİN-dən XƏBƏRDARLIQ - Bunu edən şəxsləri 2500 AZN cərimə gözləyir - VİDEO

saytların hazırlanması

Evə çatdırılma

DİN-dən XƏBƏRDARLIQ - Bunu edən şəxsləri 2500 AZN cərimə gözləyir - VİDEO

Sosial

08 Aprel 2024 13:07 16396


Bakıda yollarda yüksək səslə musiqi dinləyən sürücülərə tez-tez rast gəlinir. Bəzən hərəkətdə olan maşının pəncərəsindən bədənini yarıya kimi bayıra çıxarıb müxtəlif hərəkətlər edilməsi halları da baş verir. 

BAKU.WS-in məlumatına oxşar hadisə ötən gün paytaxt ərazisində də qeydə alınıb. Belə ki, avtomobildən ətrafa yayılan səsi uzaq məsfədadən belə eşitmək mümkün olub. Bir neçə xanımın avtomobildən bədənlərini çölə çıxararaq müxtəlif hərəkətlər etməsi birmənalı qarşılanmayıb. 

Bu kimi hallar baş verdiyi halda sürücüləri hansı cəzalar gözləyir? Ümumiyyətlə avtomobil idarə edərkən musiqiyə həddən artıq səs vermək olarmı? Avtomobil hərəkətdə olarkən bədən hissələrini şüşədən çıxarmaq qanun pozuntusu sayılırmı?  Pepperoni pizza

Bu suallara cavab tapmaq üçün Daxili İşlər Nazirliyinə (DİN) müraciət etdik. DİN-in Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev BAKU.WS-in sorğusuna cavab olaraq bildirib ki, polis daxil olmuş müraciət əsasında məişət səs-küyünə qarşı müvafiq mübarizə tədbirləri həyata keçirir:

"Mənzillərdə, yaşayış evlərinin girişlərində və həyətlərində, küçələrdə, istirahət yerlərində, avtomobillərdə və digər ictimai yerlərdə gecə saat 00.00-dan səhər 7-dək səs-küy salmağa, ucadan mahnı oxumağa, musiqi alətlərini ucadan ifa etməyə, televizorları, radioqəbulediciləri, maqnitofonları və digər aparatları gur səslə oxutmağa, məişət səs-küyünə qarşı mübarizə tələblərini başqa üsulla pozmağa görə - fiziki şəxslərə yüz əlli manatdan iki yüz manatadək məbləğdə, vəzifəli şəxslərə iki min manatdan iki min beş yüz manatadək məbləğdə inzibati tənbeh tədbiri tədbiq edə bilər".

Bakı Şəhər DYPİ-nin Təbliğat və ictimai işlər üzrə rəisi Toğrul Nəsirli BAKU.WS-ə deyib ki, hər bir halda sürücü sərnişinlərin təhlükəsizliyinə cavabdehdir: "Sürücü nəqliyyat vasitəsində sərnişinləri bu şəkildə daşımaqla onların həyat və sağlamlıqlarını təhlükə altına atır. Sərnişinlərin özlərinin də səhlənkarlığa yol verərək fərqinə varmadan etdikləri hərəkətlər digər hərəkət iştirakçıları üçün ciddi qəza riski yaradır ki, bu da yolverilməzdir.

İstər sürücülər, istərsə də sərnişinlər qaydalara ciddi şəkildə riayət etməlidirlər. Unutmaq olmaz ki, yol hərəkəti qaydalarına biganəlik sonda xoşagəlməz halların baş verməsinə səbəb ola bilər.

Məlum video ilə bağlı sürücü və sərnişinlərin məsuliyyəti müəyyənləşdirilərək barələrində qanunamüvafiq tədbirlər həyata keçiriləcək".

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 327.2 maddəsinə uyğun olaraq məlum videodakı sürücünü 80 manat cərimə və 3 cərimə balı gözləyir. Sərnişinlər isə müvafiq maddə ilə 30 manat cərimələnə bilər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Rayon
    Rayonan gelenler bakiya pox qoydular qayidsalar super olardi 80% gelen qizlar pozqunculuqa gelir
    2 years ago
  • Samir
    Salam.Biz bir problemi həll etmək istəyəndə cərimə haqqında fikirləşirik.Niyə Cərimədən öncə Maarifləndirmək əsas sayılmır .Hansı ki,polis şobələrində ictimai əlaqələr şöbəsinin rəisi var getsin orta məktəblərə marifləndirsin.Yoxsa əksinə reyd keçirdib pul yığmasına
    2 years ago
  • Dominik
    məqalənin başliğinda yazilib 2500 m cerime gozleyir sonda 3 bal 80 manat əsassız paylaşimlar olmasa daha gozel olar
    2 years ago
  • Arzu
    Cerime yox isde kesilmelidi o hereketi eden pulu varki edir pulunu odeyib yene o hereketi edecek
    2 years ago
  • ilqar
    Gərək insanın özünün mərifəti qanacagı ailə tərbiyəsi olsun..ha denən başa girmədisə həmişə də elə olacaq.çunki evində tərbiyə edəni özu helə tərbiyəsizdir
    2 years ago
  • Bakidan
    Ela. Coxdan lazim bele ceza.
    2 years ago
  • Ağakişi
    Belə qanun pozucu hallarda həm cərimə miqdarı azdır və cinayət məsuliyyətinə cəlb olunmalıdır
    2 years ago