Diqqət: Bu yeniyetmə itkin düşüb

saytların hazırlanması

Evə çatdırılma

Diqqət: Bu yeniyetmə itkin düşüb

Sosial

28 İyul 2021 14:57 990


Şəmkirdə itkin düşən şəxs axtarılır.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Yenisabah.az-a verilən məlumata görə, Şəmkir rayon sakini, 2006-cı il təvəllüdlü Məhəmməd Vəliyev iyulun 17-də yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

M. Vəliyevin əlamətləri belədir: boyu 160 sm, arıq bədən quruluşludur. Evdən çıxarkən onun əynində ağ köynək, göy rəngli cins şalvar və qara rəngli ayaqqabı olub. pizza

Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin 022-305-28-02 şəhər və (070) 306-45-46 mobil nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!