DİQQƏT! Bu yolda hərəkət bərpa edildi

saytların hazırlanması

Evə çatdırılma

DİQQƏT! Bu yolda hərəkət bərpa edildi

Sosial

21 Mart 2022 19:24 401


Cəlilabad-Yardımlı avtomobil yolunda hərəkət bərpa edilib.

Yenisabah.az “Report”a istinadən xəbər verir ki, bu gün səhər saatlarından etibarən qar səbəbindən bağlanan Cəlilabad-Yardımlı yoluna 4 buldozer, 4 qreyder və digər təyinatlı texnikalar cəlb olunub.

Cəlilabad Rayon İcra Hakimiyyətindən "Reporta" bildirilib ki, iki gündür fasiləsiz yağan qar nəticəsində Cəlilabad-Yardımlı avtomobil yolundan istifadə edən 14 yaşayış məntəqəsi ilə əlaqə kəsilmişdi. Sezar pizza

Artıq, avtomobil yolu qardan təmizlənib, nəqliyyat vasitələrinin hərəkəti bərpa olunub.

Həmçinin işıqsız qalan yaşayış məntəqələrində elektrik enerjisinin verilişi bərpa edilib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!