DİQQƏT! Bunu edən sürücüləri 500 manat cərimə gözləyir -   VİDEO

saytların hazırlanması

Evə çatdırılma

DİQQƏT! Bunu edən sürücüləri 500 manat cərimə gözləyir - VİDEO

Sosial

25 İyul 2021 18:58 2090


Sayrışan işıqlarını yandıran yanğınsöndürən avtomobillər həyəcan siqnalı ilə binanın qarşısına gəlir.

Yenisabah.az Xəzər TV-yə istinadən xəbər verir ki, şərti yanğın təlimi Xətai rayonu metronun Həzi Aslanov stansiyasının yaxınlığındakı çoxmərtəbəli binaların qarşısında keçirilib.

Bəzən insanlar yanğınsöndürənləri hadisə yerinə vaxtında çata bilməmələri ilə bağlı tənqid edirlər. Görünən odur ki, bu məsələdə vətəndaşların da məsuliyyəti önəmli rol oynayır. Toyuqlu pizza

Dövlət Yanğın Nəzarəti Xidmətinin əməkdaşları şəxsi heyətin və xüsusi təyinatlı texnikaların yaşayış kompleksinin həyətinə çata bilməməsini əyani şəkildə göstəriblər.

Xüsusilə də çoxmərtəbəli binlarda baş verən yanğın zamanı əhəmiyyətli rol oynayan avto-nərdivan isə ümumiyyətlə şərti yanğın yerinə daxil ola bilmədi.

Mövcud vəziyyətlə bağlı sakinlərin fikirləri birmənalı deyil.

Dövlət Yanğın Nəzarəti Xidmətinin şöbə rəisi Elnur Babayev deyir ki, belə hallar daha çox paytaxtda yaşanır. Dəfələrlə xəbərdarlıq edilsə də, nə sakinlər, nə də MTK-rəhbərləri tədbir görürlər.

Qeyd ədək ki, inzibati xətalar məcəlləsinin 536-cı yəni, ''Yanğın Təhlükəsizliyi sahəsində qəbul edilmiş qərarın və ya tələbnamənin yerinə yetirilməməsinə" görə, fiziki şəxslər 70-100, vəzifəli şəxslər isə 350-500 manatadək cərimə edilirlər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!