DİQQƏT - Maaşlar bu tarixdə artacaq

saytların hazırlanması

Evə çatdırılma

DİQQƏT - Maaşlar bu tarixdə artacaq

Sosial

06 Mart 2024 10:55 36000


Adətən, yeni ilin ilk rübündə dövlət sektorunda çalışan işçilərin maaş və pensiyalarının indeksləşdirilməsi baş verirdi. Lakin bu ilin yanvarında pensiyaların artımı ilə bağlı qərar verilsə də, maaşların məbləğində hər hansı dəyişiklik olmadı. 

Hazırda dövlət sektorunda çalışan bir çox şəxs maaşların artımı ilə bağlı şad xəbər gözləyir. Bəs görəsən 2024-cü il üçün maaş artımı nə vaxt olacaq? 

Mövzu ilə bağlı Yenisabah.az-a danışan iqtisadçı-ekspert Xalid Kərimli bildirib ki, maaşların artımı ilə bağlı bu ilin ikinci yarısında nəsə gözləmək olar:  pizza sifarişi

“Son bir neçə ildə əməkhaqqıların artırılması ilə bağlı qərar verilirdi. Lakin bu il pensiyaların artımı ilə bağlı qərar verilsə də, maaşla bağlı hələki bir qərar yoxdur. Ölkə başçısı inauqurasiya mərasimində minimum əməkhaqqı səviyyəsinin insanları qane etmədiyini bildirdi. Amma bununla bağlı hansısa addımın atılacağı ilə bağlı hələki konkret tapşırıq yoxdur. Əməkhaqlarının artımı ilə bağlı dəqiq vaxt demək çətindir, ola bilsin ki, ilin ikinci yarısında bununla bağlı qərar verilsin. Ancaq görünən odur ki, yaxın aylarda maaşların artmı ilə bağlı nəsə gözləmək çətindir”. 

Nazim Hacıyev 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Feride
    Ailede 5 neferik tekce men kuce supurmeyle 326manatla dolanriq 3körpe usaqdi çox cetin dolaniriq xais edirem bizimde maaslar artsin bizede bayram pulu verilsin
    2 years ago
  • Huseyinova Lala
    Hacan artacaq biri bir deqiq vax desi bu masin axri nec olacaq 345 m nece dolanim inani 230m borc ver qalananda dolan nece dolaniram
    2 years ago
  • Huseyinova Lala
    Salam aybasiniza donum men 345 m mas aliram 4 Neferlik ale terkibim var nece dolanim bu masla yoldasmi masni var deye sosuyalda vermiler nec edim kime deyim derdimi .
    2 years ago
  • Zaur
    Heyif Bizdən!
    2 years ago
  • mehriban
    salam.ne olar İlham.eliyev adaşim Mehriban eliyeva 2 ci qrup elil sosial pensiyalari birde yetim pullarini artirin.kapital bankda 3070 Manat yolasimin 1570 manatda menim kreditim var .yetum pulundan tutulur.ne olar yardim edin.
    2 years ago
  • Omarov
    Salam men qardaslarim ve bizimle birlikde bir nece şexs biz akkord şirketinde işlemişik ve akkord şirketi bizim emek haqlarımızı menimseyib bir nece illerdiki ödemir. Bununla baglı biz kimlere müraciet edek
    2 years ago
  • Mətləbəli Rəşidov
    Azərbaycan xalqı inanır ki Qalib xalqın qalıb prezidenti əvvəlki uşaqpulunu bərpa edəcək Biz ona inanırıq
    2 years ago
  • Cəlal
    Salam, mən prezdentimizə güvənirəm və inanıram ki, o həmişə xalqı düşünüb və bu dəfədə düşünərək xalqın dolanışıqın nəzərə alacaq
    2 years ago