Doğulan körpələrlə bağlı dəhşətli rəqəm:   Hər 1000-dən 14-ü...

saytların hazırlanması

Evə çatdırılma

Doğulan körpələrlə bağlı dəhşətli rəqəm: Hər 1000-dən 14-ü...

Hadisə

18 Sentyabr 2026 11:26 141


Azərbaycanda son illərdə ana və körpə ölümü göstəricilərində ciddi dəyişikliklər qeydə alınıb.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin açıqladığı rəsmi məlumatlarda bildirilib.

Məlumata görə, 2025-ci ildə 1 yaşadək ölən körpələrin sayı 1312 nəfər olub. Onlardan 728-i oğlan, 584-ü isə qızdır. Hər 1000 diri doğulana düşən körpə ölümü göstəricisi 13,7 təşkil edib. Dördpendirli pizza

Müqayisə üçün, 2010-cu ildə 1 yaşadək 1843 körpə ölüb və bu göstərici hər 1000 diri doğulana 11,2 olub. 2015-ci ildə 2033 körpə ölümü qeydə alınıb, göstərici isə 11,0 təşkil edib.

2020-ci ildə körpə ölümü 1242 nəfərə, hər 1000 diri doğulana düşən göstərici isə 9,8-ə enib. 2021-ci ildə isə 840 nəfərlə son illərin ən aşağı göstəricisi qeydə alınıb. Həmin il nisbət 7,5 olub. 2022-ci ildə 959 körpə ölümü qeydə alınıb və göstərici 7,8 təşkil edib.

2023-cü ildə isə körpə ölümündə kəskin artım qeydə alınıb. Belə ki, ölən körpələrin sayı 2039 nəfərə, hər 1000 diri doğulana düşən göstərici isə 18,1-ə yüksəlib. 2024-cü ildə bu rəqəm 1420 nəfərə, göstərici isə 13,9-a düşüb.

Ana ölümü göstəricilərində də son illərdə dəyişikliklər müşahidə olunub.

Belə ki, 2010-cu ildə 26 ana ölümü qeydə alınıb və hər 100 min diri doğulana düşən göstərici 15,7 olub. 2015-ci ildə 24 ana ölümü (14,4), 2020-ci ildə 20 ölüm (15,8), 2021-ci ildə isə 20 ölüm (17,8) qeydə alınıb.

2022-ci ildə 18 nəfərlə ən aşağı göstəricilərdən biri qeydə alınıb və hər 100 min diri doğulana düşən ana ölümü 14,7 təşkil edib.

2023-cü ildə isə ana ölümü 33 nəfərə yüksəlib. Həmin il hər 100 min diri doğulana düşən göstərici 29,3 olub. 2024-cü ildə 29 ana ölümü (28,3), 2025-ci ildə isə 26 ana ölümü (27,1) qeydə alınıb.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!