Dövlət Agentliyi işçi axtarır

saytların hazırlanması

Evə çatdırılma

Dövlət Agentliyi işçi axtarır

İqtisadiyyat

10 Sentyabr 2026 16:08 87


Dövlət Su Ehtiyatları Agentliyi 14 region üzrə kadr qəbulu elan etdi.

“Yeni Sabah” xəbər verir ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti regional struktur bölmələrində vakansiya elan edib.

Qurumun təqdim etdiyi məlumata görə, işə qəbul regional bölmələrdə “Müşahidəçi” vəzifəsi üzrə aparılır. Vakant yerlər ölkənin bütün ərazisini - Bakı daxil olmaqla Abşeron-Xızı, Dağlıq Şirvan, Şirvan-Salyan, Lənkəran-Astara, Mil-Muğan, Qarabağ, Şərqi Zəngəzur, Qazax-Tovuz, Gəncə-Daşkəsən, Mərkəzi Aran, Şəki-Zaqatala, Quba-Xaçmaz iqtisadi rayonlarını və Naxçıvan MR-i kapsayan ümumilikdə 14 regional sahəni əhatə edir. Toyuqlu pizza

Sentyabrın 7-də yayımlanan rəsmi elana əsasən, müraciət şərtləri, namizədlərə dair tələblər və digər təfərrüatlarla Xidmətin rəsmi internet resursu (sdnx.gov.az) vasitəsilə tanış olmaq mümkündür.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!