Dövlət Əmək Müfəttişliyi Xidmətinə yeni rəis təyin olundu - FOTO

saytların hazırlanması

Evə çatdırılma

Dövlət Əmək Müfəttişliyi Xidmətinə yeni rəis təyin olundu - FOTO

Sosial

02 Mart 2022 10:30 607


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində yeni kadr təyinatları həyata keçirilib.

Yenisabah.az xəbər verir ki, Vəli Quliyev Nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi təyin edilib.

V.Quliyev 1984-cü ildə Sumqayıt şəhərində anadan olub. 2005-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını bitirib. 2007-ci ildən bank-maliyyyə sektorlarında rəhbər vəzifələrdə, 2020-ci ildən bu günədək əmək və əhalinin sosial müdafiəsi nazirinin müşaviri vəzifəsində çalışıb. Sezar pizza

Dövlət Əmək Müfəttişliyi Xidmətinin əvvəlki rəisi Fuad Heydərov isə Nazirliyin Aparatının Əmək siyasəti şöbəsinin müdiri, şöbənin əvvəlki müdiri Əbülfət Məhərrəmov əmək və əhalinin sosial müdafiəsi nazirinin müşaviri təyin olunub


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!