Dövlət Komitəsi 16 yaşlı ana ilə bağlı məlumat yaydı

saytların hazırlanması

Evə çatdırılma

Dövlət Komitəsi 16 yaşlı ana ilə bağlı məlumat yaydı

Sosial

11 Aprel 2022 13:37 646


Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Gəncə şəhərində yeniyetmə qızın ana olması ilə bağlı məlumatlara münasibət bildirib. 

Dövlət Komitəsinin mətbuat xidmətindən Yenisabah.az-a bildirib ki, 16 yaşlı qızın ana olması ilə bağlı məlumat araşdırılıb:

"Təəssüf ki, fakt öz təsdiqini tapdı. Erkən nikah və onun fəsadları barədə kifayət qədər maarifləndirici tədbirlər görülsə də, görünür hələ də bu kimi məsələlərə etinasız yanaşanlar var. Dövlət Komitəsinə daxil olan məlumata görə, yetkinlik yaşına çatmayan qız xəstəxanaya aparılarkən ağır vəziyyətdə olduğuna görə həyatı təhlükə altında olub". pizza hut

T.Mərdanoğlu bildirib ki, faktla bağlı Gəncə Şəhər Baş Polis İdarəsində araşdırmalar aparılır və məsələyə hüquqi qiymət veriləcək. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!